Ukraynada müharibənin ölkə iqtisadiyyatına vurduğu zərər 700 milyard dolları ötüb

0
675

Hərbi əməliyyatlar nəticəsində Ukrayna iqtisadiyyatına dəyən ziyan 700 milyard dolları ötüb.

Bunu ölkənin Baş naziri Denis Şmıqal çərşənbə axşamı hökumətin iclasında bildirib.

“Dünya Bankı ilə birlikdə biz Ukraynanın sürətli bərpası üçün ehtiyaclarının növbəti yoxlamasını aparmağı planlaşdırırıq. Nəzərinizə çatdırım ki, bizdə iyunun əvvəlində bu rəqəm 350 milyard dollar idi. İnfrastrukturumuza edilən son hücumları nəzərə alsaq, bu gün bu məbləğ 700 milyard dollardan çoxdur”, – baş nazir özünün “Telegram” kanalında yerləşdirdiyi videoda bəyan edib.

Qeyd edək ki, Ukrayna hökumətinin məlumatına görə, ölkənin enerji infrastrukturunun 50%-i məhv edilib.