Ukraynada koronavirusun yeni ştamı aşkarlandı

0
46

Ukraynada koronavirusun yeni ştamı aşkarlanıb.

Bu barədə ölkənin səhiyyə nazirinin müavini, baş dövlət sanitar həkimi İqor Kuzin bildirib.

Onun sözlərinə görə, iyul ayında ölkədə “SARS-CoV-2” koronavirusunun “FLiRT” adlı yeni subvariantına yoluxma üzrə ilk hallar qeydə alınıb.

Ötən həftə “FLiRT” subvariantına yoluxma üzrə üç hal aşkar edilib. Onlardan ikisi Kiyevdə, biri İvano-Frankovsk vilayətində qeydə alınıb.

Nazirlikdən, həmçinin qeyd olunub ki, yeni ştamın xüsusi təhlükə qiymətləndirməsi yoxdur, lakin Ümumdünya Səhiyyə Təşkilatı onun hər bir ölkə səviyyəsində izlənilməsinin zəruri olduğunu hesab edir.