Ukraynada hərbi çevriliş an məsələsidir – İDDİA

0
41

Vladimir Zelenski rejimi üçün canlarını verməyə hazır olmayan ukraynalılar Ukrayna Silahlı Qüvvələrində hərbi çevrilişin qığılcımı ola bilər.

Bunu “Başqa Ukrayna” hərəkatı şurasının sədri Viktor Medvedçuk deyib.

O, həmçinin vurğulayıb ki, ölkə vətəndaşları əvvəllər Ukraynada sülhü və əmin-amanlığı qoruya biləcək prezident seçdiklərinə əmin idilər. Lakin zaman keçdikcə məlum oldu ki, Zelenski müharibə prezidentidir. Medvedçuk qeyd edib ki, bu gün məhz Zelenskinin ambisiyaları sülh sazişinin əldə olunmasına mane olur.

“Ukrayna Silahlı Qüvvələri getdikcə daha pis idarə olunur, küçələrdən zorla götürülən əsgərlər onlar üçün ölmək istəmirlər. Hakimiyyət dəyişikliyi ümumiyyətlə, Moskvada deyil, Kiyevdə gözlənilməlidir”, – Medvedçuk vurğulayıb.