Ukraynada davam edən müharibədə SON DURUM

0
311

İyunun 8-nə keçən gecə Xarkov və Nikolayev Rusiya ordusu tərəfindən atəşə tutulub, Severodonetskdə, Luqansk, Donetsk və Xerson vilayətlərində döyüşlər nəticəsində yaralanan və ölən dinc sakinlər var.

Bu barədə Ukraynanın Regional Hərbi Administrasiya rəhbərlərinin regionlardakı vəziyyətlə bağlı 8 iyun saat 08:00-a olan məlumatında deyilir.

Qeyd olunur ki, Xarkov gecə atəşə tutulub, lakin itki olmayıb. Luqansk vilayətində Severodonetskdə hücumlar və küçə döyüşləri olub. Rusiyalılar minaatanlardan, artilleriyadan və reaktiv yaylım atəşi sistemlərindən Zolotoe-4 və Vrubovka istiqamətində atəş açıblar. Nəticədə 25 ev dağıdılıb. İki nəfər ölüb, iki nəfər yaralanıb.

Donetsk vilayəti atıcı silahlardan, tanklardan, artilleriyadan, minaatanlardan, raketlərdən, “Qrad” tipli zenit raket sistemlərindən atəşə tutulub. 35 obyektə ziyan dəyib. Beş mülki şəxs yaralanıb. Rayon qazsız, qismən su və işıqsız qalıb.

Nikolayev rayonu gecə yenidən atəşə tutulub.

İyunun 7-də Pervomayski icmasının Zaselye kəndinin atəşə tutulması nəticəsində iki nəfər həlak olub.

Xerson vilayətində vəziyyət kritikdir. Döyüş əməliyyatları nəticəsində çoxlu sayda evlərə və infrastruktur obyektlərinə ziyan dəyib, atəşlər nəticəsində dinc əhali arasında ölən və ağır yaralananlar var.

Kalinovskaya, Velikoaleksandrovskaya, Vısokopolskaya, Novovoronsovskaya ərazi icmalarında vəziyyət stabil ağırdır, hərbi əməliyyatlar davam edir.

Son 24 saat ərzində ümumilikdə 11 nəfər yaralanıb, 4 nəfər ölüb.