Ukraynada COVID-19 xəstəxanası su altında qaldı – FOTO

0
763

Ukraynanın Qaliç şəhərindəki xəstəxanada xilasedicilər sel nəticəsində su altında qalan xəstələri təxliyyə etməyə başlayıblar.

Ukraynanın Baş naziri Denis Şmıqalın açıqlamasında fövqəladə vəziyyətin yaranmasına güclü yağış səbəb olub deyib.

Şmıqal qeyd edib ki, xəstəxanada koronaviruslu xəstələr olduğuna görə müəyyən çətinliklər yaranıb. Səlahiyyətlilər ərazidə yoxlama aparır, vəziyyətlə bağlı qərar qəbul etmək üçün fövqəladə hallar komissiyasının iclası keçiriləcək.

Ukrayna Dövlət Fövqəladə Hallar Xidmətinin məlumatına görə, fəlakətin təsir etdiyi ərazilərdə artıq üç nəfər həyatını itirib.