
Ukraynada Rusiyanın hücumu nəticəsində 1035 mülki şəxs ölüb, 1650 nəfər yaralanıb.Bu barədə BMT-nin İnsan Haqları üzrə Ali Komissarlığı məlumat yayıb.
Öldürülən 1035 nəfərin 214-ü kişi, 160-ı qadın, 14-ü qız və 28-i oğlan, o cümlədən cinsiyyəti hələlik məlum olmayan 48-i uşaq və 571-i böyükdür.
Mülki şəxslərin əksəriyyəti ağır artilleriya, yaylım atəşli reaktiv sistemləri, raket və aviabomba kimi silahların istifadəsi nəticəsində həlak olub.