Ukrayna taxılını daşıyan ilk gəmi Türkiyə ərazi sularına daxil oldu

0
232

Bazar ertəsi səhər saatlarında Odessa limanından ayrılan Syerra Leone bayrağı altında üzən və Ukrayna taxılı ilə yüklənmiş “Razoni” yük gəmisi çərşənbə axşamı yerli vaxtla saat 21:00 radələrində (Bakı vaxtilə saat 22:00-da) İstanbula çatacaq.

Bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat verib.

Gəminin artıq Türkiyənin ərazi sularına daxil olduğu bildirilib.

“Birgə təftiş heyəti sabah səhər saatlarında gəmini yoxlamağa başlayacaq”, – nazirliyin açıqlamasında deyilir.