“Rusiya Federasiyası Krımda gizli səfərbərliyə hazırlaşır”.
Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı rəsmi “Facebook” səhifəsində məlumat verib.
“Krımın müvəqqəti işğal olunmuş ərazilərində Rusiya gizli səfərbərliyə hazırlaşır. Xüsusilə Sevastopol şəhərində IT mütəxəssisləri, maliyyə işçiləri və səfərbərlik ehtiyatında olan digər mütəxəssislərə hərbi komissarlıqlara gəlmələri ilə bağlı çağırışlar başlayıb”, – deyə məlumatda bildirilib.