Ukrayna Silahlı Qüvvələrinin baş komandanı YOXA ÇIXIB? – ŞOK İDDİA

0
67

Eks-prezident Leonid Kuçmanın keçmiş müşaviri Oleq Soskin diqqəti Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sırskinin yoxa çıxması və onunla əlaqə saxlamağın mümkün olmamasına yönəldib.

Soskin bu barədə “YouTube”dakı bloqunda danışıb.

O, bunu Ukrayna üçün pis əlamət hesab edib.

Soskin ölkə prezidenti Volodimir Zelenskinin hər şeyin plan üzrə getdiyi barədə açıqlamalarına diqqət çəkib. Eyni zamanda, qeyd edib ki, Ukrayna cəbhə xəttində ciddi problemlər yaşayır.

“Zelenski və onun adamları bir şeyi deyirlər, amma əslində vəziyyət fərqlidir – hər şey daha pisdir”, – deyə o, yekunlaşdırıb.

Bundan əvvəl hərbi analitik Mixail Onufrienko Ukrayna Silahlı Qüvvələrinin Kursk istiqamətində dağılmasının Ali Baş Komandan Aleksandr Sırskinin şəxsi fəlakəti ilə nəticələnəcəyini bildirib .

Öz növbəsində, Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Hərbi-Siyasi İdarəsinin rəis müavini, “Axmat” xüsusi təyinatlı qüvvələrinin komandanı, general-mayor Aptı Alaudinov artıq regionun bir neçə yaşayış məntəqəsinin rus əsgərləri tərəfindən azad edildiyini bildirib.