Fransa və Böyük Britaniya öz hərbi kontingentlərini Ukraynada döyüş xəttində deyil, şəhərlərdə, limanlarda, Ukraynanın atom elektrik stansiyalarında və digər infrastruktur obyektlərində yerləşdirməyi planlaşdırır.
Bu barədə Britaniyanın “The Economist” jurnalı mənbələrə istinadən yazır.
“Qərb rəsmisinin sözlərinə görə, Fransa və Böyük Britaniyadan olan hərbi kontingentlər şərqdə, cəbhə xəttində deyil, Ukrayna şəhərlərində, limanlarında, atom elektrik stansiyalarında və digər mühüm milli infrastruktur obyektlərində yerləşdiriləcək”, – məlumatda bildirilir.
Bununla yanaşı, qeyd olunur ki, Ukraynaya potensial qoşun yeridilməsi bu qərara gələn ölkələrin müdafiəsinə mənfi təsir göstərə bilər. Məsələn, hesabatda qeyd olunur ki, Britaniya qüvvələrinin Ukraynaya yerləşdirilməsi hazırda NATO-nun ehtiyat qüvvələri olan hissələrini “uda” bilər. “The Economist” hesab edir ki, bu, alyansın hərbi planlarında “deşiklər” yarada bilər.