Ukrayna Rusiyaya bu raketlərlə hücum etdi – İlk dəfə

0
22

Ukrayna Silahlı Qüvvələri ilk dəfə olaraq Rusiya ərazisindəki hədəfləri vurmaq üçün Britaniyanın “Storm Shadow” qanadlı raketlərindən istifadə edib.

“Bloomberg” bu barədə Qərb rəsmisinə istinadən xəbər verir.

Agentliyin adının açıqlanmasını istəməyən həmsöhbəti Ukrayna hərbçilərinin Rusiyadakı hərbi obyektlərə hücum etdiklərini bildirib.

Qərb rəsmisi həmçinin vurğulayıb ki, “Storm Shadow” raketləri ilə hücumlara Şimali Koreya hərbçilərinin Rusiya ərazisində olması ilə bağlı məlumatlara görə icazə verilib.