Ukrayna Rusiyanın 400 “Şahed” PUA-sını saxladığı bazaya hücum etdi

0
68

Ukrayna Hərbi Dəniz Qüvvələri ilə Təhlükəsizlik Xidməti birlikdə Rusiyanın Krasnodar vilayətinin Oktyabrski qəsəbəsi yaxınlığında yerləşən “Şahed” tipli pilotsuz təyyarələrin saxlandığı bazaya hava hücumu edib.

Bu barədə Ukraynanın Baş Qərargahı məlumat yayıb.

Məlumata görə, bazada 400-ə yaxın hücum pilotsuz təyyarəsi saxlanılıb. Baş Qərargah aydınlaşdırıb ki, müşahidə nəticələri hədəfə dəqiq vurulduğunu göstərib. Hadisə yerində ikinci dərəcəli partlayış müşahidə olunub.