Ukrayna Prezidenti: “BMT dünyada sülhü təmin edə bilmir”

0
246

Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında çıxış edən Volodimir Zelenski bəyan edib ki, bu təşkilat dünyada sülhü effektiv şəkildə təmin edə bilir.

Ukraynada vətəndaşların kütləvi şəkildə öldürülməsində və şəhərlərin dağıdılmasında Rusiyanın əli olduğunu sübut edən çoxsaylı faktlara istinad edən V. Zelenski “BMT yaradılarkən dünyada sülhün təmin ediləcəyinə dair verilən zəmanət haradadır?” sualını verib.

“Aydındır ki, təcavüzkarı sülhə məcbur edilməsini təmin etməli olan əsas institutut sadəcə olaraq effektiv işləyə bilmir” – V.Zelenski fikrini tamamlayıb.

Mənbə: İnterfaks Ukraina