Ukrayna ordusu niyə geri çəkilir? – AĞ EV AÇIQLADI

0
172

Donbass ərazisində yerləşən Ukrayna ordusu sursatla bağlı böyük problemlər yaşayır və bu səbəbdən Ukrayna Silahlı Qüvvələri geri çəkilməli olur.

Bu bəyanatla Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi çıxış edib.

“Onların Donbassda sursatları tükənir və indi onlar ikinci və üçüncü müdafiə xəttinə çəkilirlər. Ukraynalıların dəstəyə ehtiyacı var”, – Kirbi ABC telekanalında deyib.

Ukrayna tərəfi dəfələrlə bəyan edib ki, Qərbin hərbi yardımının azalması səbəbindən Ukrayna Silahlı Qüvvələri böyük sursat çatışmazlığı yaşayır.