Ukrayna Silahlı Qüvvələri mühasirəyə düşməmək üçün Pokrovski istiqamətində daha bir yaşayış məntəqəsini təslim etməyə məcbur olacaq.
Bu barədə alman hərbi ekspert Julian Repke sosial şəbəkələrdə yazıb.
“Selidovada acı reallıq” yazan ekspert iddia edir ki, Ukrayna Milli Qvardiyasının 15-ci briqadası “Qara-Dağ” şəhərinin özündə də mövqeyini möhkəm saxlayır, lakin qonşu bölmələr öhdəsindən gələ bilmir və rus qoşunları ətrafdakı bir neçə yaşayış məntəqəsini zəbt edərək Selidovonu yarım mühasirəyə alıblar.
“Beləliklə, şəhər “yıxılacaq”, – deyən alman analitik dörd həftə əvvəl Selidovoda Ukrayna qoşunlarının yerləşdiyi yerə getdiyini xatırladıb.