Ukrayna silahlı qüvvələri Donetsk yaxınlığındakı böyük istehkam ərazisini tərk edib.
Bu barədə tanınmamış “Donetsk Xalq Respublikası” rəhbərinin müşaviri İqor Kimakovski bildirib.
O, Rusiya hərbçilərinin Ukrayna Silahlı Qüvvələrini möhkəmləndirilmiş ərazidən sıxışdırıb çıxardığını vurğulayıb. Kimakovski bunu cəbhə standartlarına görə olduqca təsiredici adlandırıb.
Onun sözlərinə görə, Ukrayna ordusu döyüş təmas xəttinin bu hissəsində böyük itkilər və tədarükün son dərəcə çətin şərtləri ilə əlaqədar mövqelərini tərk etməli olub.
Bundan əvvəl xəbər verilmişdi ki, rus qoşunları Ukrayna Silahlı Qüvvələrini Avdeyevkanın şimal-şərqindəki karxananın ərazisindən sıxışdırıb çıxara bilib. Ukraynalı döyüşçülər bu istiqamətdən Donetsk və Yasinovataya çox tez-tez atəş açırdılar.