Ukrayna Ombudsmanı: “400-ə yaxın ukraynalı azyaşlı və yetkin rusiyalı hərbçilər tərəfindən zorlanıb”

0
253

Ukraynanın insan hüquqları üzrə müvəkkili Lyudmila Denisova ölkənin İctimai televiziyasına müsahibəsində müharibənin dəhşətli reallıqları barədə danışıb.

O, yerli sakinlərin Ombudsman Aparatına müraciətləri barədə məlumat verib.

Denisovanın sözlərinə görə, indiyədək 400-ə yaxın ukraynalı azyaşlı və ya yetkin şəxslərin rusiyalı hərbçilər tərəfindən zorlanması faktı üzrə müraciət edib.

Bununla yanaşı, müraciətlər əsasən ukraynalıların öz doğma yerlərindən zorla çıxarılması, xüsusi düşərgələrdə saxlanılması, Mariupoldakı krematoriyada baş verənlər, yetim uşaqların ölkədən qaçırılması ilə bağlı olub.