
Belçikanın Ostend limanında NATO-nun “Dynamic Move-2022” komanda-qərargah təlimləri başlayıb.
Bu barədə NATO-nun hərbi dəniz komandanlığı məlumat yayıb.
Həmin məlumatda qeyd olunur ki, “Dynamic Move-2022” mina əleyhinə iki həftəlik komanda-qərargah təlimidir.
31 yanvar – 8 fevral tarixlərində keçiriləcək təlimlərə iki ölkə – Ukrayna və Mərakeş müşahidəçi qismində cəlb olunub.