Ukrayna Moskvadakı hücumla bağlı ittihamları RƏDD ETDİ

0
126

Ukrayna Xarici İşlər Nazirliyi Rusiyanın paytaxtı Moskvada “Crocus City Hall” konsert zalında törədilən terror aktı ilə bağlı ittihamları rədd etdiklərini bəyan edib.

Nazirlikdən edilən yazılı açıqlamada bəzi Rusiya rəsmilərinin sözügedən terror hücumunda Ukraynanın əli olduğu iddialarına reaksiya verilib:

“Ukrayna Xarici İşlər Nazirliyi Rusiya rəsmilərinin Moskva yaxınlığındakı “Crocus City Hall” konsert zalına silahlı hücumda Ukraynanın əli olması ilə bağlı ittihamlarını qətiyyətlə rədd edir”.

Bəyanatda ölkələrinə qarşı irəli sürülən ittihamlar “Kremlin təxribatı” kimi qiymətləndirilib:

“Biz bu cür ittihamları Rusiya cəmiyyətində anti-Ukrayna isteriyasını daha da qızışdırmaq, Rusiya vətəndaşlarının dövlətimizə qarşı cinayətkar təcavüzdə iştirak etmək üçün daha da səfərbər edilməsinə şərait yaratmaq və Ukraynanı dövlətin gözündə nüfuzdan salmaq məqsədi ilə Kreml tərəfindən planlaşdırılmış təxribat hesab edirik”.

Qeyd edək ki, martın 22-də axşam saatlarında paytaxtdakı “Crocus City Hall” konsert zalına silahlı şəxslər tərəfindən hücum edilib.