Ukrayna kəşfiyyatı: “Rusiya 70 minə qədər insan itirməyə hazırdır”

0
210

“Yaxın dörd-beş ay ərzində Rusiya Federasiyası şimaldan və ya şərqdən hücuma keçə bilər və 70 000-ə qədər hərbçisini itirməyə hazırdır”.

Bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin sözçüsü Andrey Çernyak bildirib.

Onun sözlərinə görə, ruslar uduzduqlarını başa düşürlər, lakin onlar müharibəni bitirməyi planlaşdırmırlar və hücum əməliyyatlarını davam etdirməyə çalışacaqlar.

Çernyak həmçinin əmindir ki, ruslar müvəqqəti işğal olunmuş Krıma gedən quru dəhlizini saxlamağa və bütün Donetsk vilayətini tutmağa çalışacaqlar.