Bu gün Rusiya və Ukrayna hərbi əsirləri dəyişdirib.
Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, 195 nəfər Ukrayna əsirliyindən qayıdıb və bunun müqabilində eyni sayda hərbi əsir Ukrayna Silahlı Qüvvələrinə təhvil verilib.
“Sərbəst buraxılanların hamısına lazımi tibbi və psixoloji yardım göstərilir”, – Rusiya Müdafiə Nazirliyi bildirib.
Maraqlıdır ki, Ukrayna prezidenti Vladimir Zelenski başqa bir rəqəm səsləndirib. O, mübadilə ilə bağlı məlumatı təsdiqləyərək, 207 hərbi qulluqçunun geri qayıtdığını açıqlayıb.
Bir həftə əvvəl Rusiyanın İl-76 təyyarəsinin Belqorod vilayətində qəzaya uğraması səbəbindən mübadilə pozulmuşdu. Ekspertizaya görə, İl-76 Amerika “Patriot” sistemi tərəfindən vurulub.
İl-76 hərbi-nəqliyyat təyyarəsi 2024-cü il yanvarın 24-də Belqorod vilayətinin Yablonovo kəndindən bir neçə kilometr aralıda qəzaya uğrayıb. Təyyarədə altı ekipaj üzvü, hərbi polis zabiti və əsir götürülən 60-dan çox Ukrayna hərbçisi olub. Onların hamısı ölüb.