Ukrayna hərbçiləri Donbasda iki azərbaycanlını saxladı

0
349

Ukrayna Milli Qvardiyasının hərbçiləri Donbasda təmas xəttinə yaxın ərazidə iki Azərbaycan vətəndaşını saxlayıblar.

Bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

“Təmas xəttindən bir kilometr aralıda, Luqansk vilayətindəki müşahidə məntəqəsində Milli Qvardiyanın hərbçiləri iki Azərbaycan vətəndaşını saxlayıblar. Yoxlama zamanı məlum olub ki, onlardan birinin Ukraynada qalma müddəti yanvarın 10-da başa çatıb, digəri isə Ukrayna ərazisində qanunsuz yaşayır. Həmin şəxslərin əvvəllər azadlıqdan məhrum edildikləri də müəyyən edilib”, – məlumatda qeyd olunub.