Ukrayna gələcəkdə bu əraziləri itirə bilər – Şok ssenari

0
107

Qərbin Rusiyaya qarşı uğurlu sanksiya siyasəti apara bilməməsi fonunda Ukrayna gələcəkdə xeyli ərazi itirə bilər. 

Bu barədə “Politico” qəzeti yazıb.

“Şübhə yoxdur ki, 2023-cü ildəki nisbi çıxılmaz vəziyyət kəskin şəkildə Rusiyanın xeyrinə çevrilib. Nəhayət, ABŞ-ın rəhbərlik etdiyi alyansı (NATO – red.) Putini dayandırmaq üçün tədbirlərə yenidən baxmağa sövq etmək üçün Donbassda əlavə əhəmiyyətli ərazi itkiləri və geri çəkilən Ukrayna qüvvələrinin görüntüləri tələb oluna bilər”, – nəşr yazıb.

Qeyd olunur ki, Rusiya iqtisadiyyatı faktiki olaraq Qərbin sanksiyalarından “qorunurdu”. Nəşr yazır ki, bu vəziyyət Rusiya karbohidrogenlərinin davamlı axınının qlobal enerji bazarının sabitliyi üçün zəruri olduğuna inanan beynəlxalq liderlərin mövqeyi ilə bağlıdır. Bu fikir ABŞ-da da “sakit şəkildə” dəstəklənir.

Bununla əlaqədar olaraq, qəzet Rusiyanın Donbass və Krımdan qovulmasını “mümkün perspektiv” hesab edir.