Ukrayna Ermənistana məhdudiyyət tətbiq etdi

0
286

Ukrayna “qırmızı zona” ölkələri siyahısını bir daha yeniləyib. Bu dəfə siyahıya Ermənistanın adı  da daxil edilib.

Bu barədə “Nova Vlada” Ukraynanın Səhiyyə Nazirliyinin saytında yer alan xəbərə istinadla məlumat yayıb.

Qeyd etmək lazımdır ki, “qırmızı zona”ya COVID-19-a yoluxma sayı Ukraynadakından daha çox olan ölkələr düşür.

“Bu ölkələrdən Ukraynaya qayıtdıqdan sonra vətəndaşlar “Vdoma” tətbiqetməsindən istifadə edərək, 14 gün ərzində təcrid olunmalı və ya 24 saat ərzində bir PZR testi etməlidir.

Testin cavabı mənfi olduqda özünü təcridə ehtiyac yoxdur”, – deyə məlumatda bildirilib.