Ukrayna deputatları Vardanyanı biabır etdilər – Nobel Komitəsinə müraciət

0
87

Ukrayna Ali Radasının deputatları Bakıda həbsdə olan cinayətkar Ruben Vardanyanın namizədliyinin ləğv edilməsi üçün Nobel Komitəsinə açıq müraciət ünvanlayıb.

Ukraynalı deputatlar müraciətdə Putinin dostu olan Vardanyanın Nobel mükafatına namizədlər siyahısında yer almağa layiq olmadığını bildiriblər.

Müraciətdə deyilir: “Terrorizm və separatizmi dəstəkləyən, korrupsiya qalmaqallarında iştirak edən, Rusiya işğalının sponsoru və Ukraynanın düşməni olan şəxsin Sülh Mükafatına namizədliyinin irəli sürülməsi qəbuledilməzdir və absurd görünür”.

Qeyd edək ki, bundan əvvəl Ukrayna prezidenti Vladimir Zelenski Ruben Vardanyanın “qara siyahıya” salınması ilə bağlı qərar qəbul edib. 2023-cü ildə Ukrayna Milli Təhlükəsizlik Xidməti Vardanyanın “Ukrayna və ya NATO ölkələrinin hüquq-mühafizə orqanlarına dərhal təhvil verilməsi” haqda qərar çıxarıb. 2019-cu ildə Avropa Parlamentinin 22 deputatı Vardanyanı Kremllə əməkdaşlığa görə sanksiyalar siyahısına daxil etmək təşəbbüsü ilə çıxış edib.