Ukrayna Baş Qərargahı: “Rusiya Xerson vilayətinin azad edilmiş ərazilərinə zərbələr endirə bilər”

0
230

“Rusiya qoşunları hava kəşfiyyatını gücləndiriblər. Bu da onların Xerson vilayətinin işğaldan azad edilmiş ərazilərinə zərbə endirməyi planlaşdırdıqlarının göstəricisi ola bilər”.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı noyabrın 14-nə olan hesabatında məlumat verib.

Xerson vilayətinin azad edilmiş yaşayış məntəqələrində yüksək səviyyədə mina təhlükəsi qalmaqdadır.

“Düşmən tərəfindən hava kəşfiyyatının gücləndirilməsi müşahidə olunur ki, bu da onun həm hərbi, həm də mülki hədəflərə atəş hücumunun planlaşdırdığını göstərə bilər. Müdafiə qüvvələri stabilləşdirmə tədbirlərini davam etdirir”, – deyə məlumatda qeyd edilir.