“Ukrayna 3000 km məsafə qət edə bilən pilotsuz uçuş aparatını uğurla sınaqdan keçirib”.
Bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski bildirib.
“Uzaqmənzilli dronlarla bağlı yaxşı xəbərlər var. 3000 km-lik dronumuz sınaqlardan keçdi. Tərtibatçılara və istehsalçılara minnətdaram. Biz dövlətimizin təhlükəsizliyinə zəmanət verəcək uzaqmənzilli hərbi sənaye məhsulları seriyası hazırlayırıq”, – deyə Zelensk bildirib.
Ukrayna lideri vurğulayıb ki, daha çox raket, daha çox pilotsuz uçuş aparatı istehsal edilməlidir: “Bu həftə tərəfdaşlarımızla bu barədə danışacağıq”.