Ukrayna ən kütləvi hücumlara məruz qalır – İunda yeni rekord müəyyən edilə bilər

0
12

Rusiya getdikcə Ukraynaya PUA-larla irimiqyaslı hücumlar edir.

Bu barədə BBC yazır.

Qeyd edilib ki, ruslar tərəfindən buraxılan pilotsuz təyyarələrin sayı kəskin artıb.

Bildirilib ki, Ukrayna Rusiyanın tammiqyaslı işğalı başlayandan bəri ən kütləvi hücumları yaşayır. Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatına görə, 2024-cü ilin avqustunda ruslar Ukrayna ərazisinə 818 PUA, sentyabrda 1410 PUA, oktyabrda isə 2000-dən çox PUA buraxıb.

Vurğulanıb ki, artıq may ayında bir ay ərzində buraxılan dronların sayı ilk dəfə olaraq 4000 ədədi keçib. Ehrimal edilir ki, iyunda yeni rekord müəyyən edilə bilər.