Ən yüngül çəkidə UFC döyüşçüsü Valentina Şevçenko erməni əsilli amerikalı idmançı Ketlin Çukaqyana qalib gəlib.
Döyüşdə qalib gələn Şevçenko çempion kəmərini qoruyub.
Döyüş üç raund davam edib. Şevçenko döyüşü parterdə davam etdirib və rəqibinə yerdə ardıcıl zərbələr endirib. Bu zaman hakim döyüşü dayandırıb və Şevçenkonun texniki qələbə qazandığını bildirib.
Valentina Şevçenko bu qələbə ilə titulunu üçüncü dəfə müdafiə edib. Bu, onun sayca beşinci ardıcıl qələbəsi olub. Çukaqyan isə karyerası ərzində üçüncü dəfə məğlub olub.