UEFA quruma üzv olan ölkələrdə yerli çempionatların pley-off sistemi ilə başa çatdırılması təklifini dəstəkləməyib.
Xarici KİV-ə istinadən xəbər verir ki, qurum İtaliya Futbol Federasiyasının prezidenti Daniele Qravinanın irəli sürdüyü ideyaya qarşı çıxıb.
UEFA rəhbərliyi hesab edir ki, çempionatlar hazırkı reqlamentlə davam etdirilməlidir.
Qeyd edək ki, Avropanın əksər ölkələrində yerli liqalar, həmçinin UEFA-nın bayrağı altında keçirilən bütün turnirlər koronavirus pandemiyasına görə təxirə salınıb.