UEFA-nın biabırçılığı: Çempionlar Liqasının püşkatması təkrarlanacaq – YENİLƏNİB

0
297

İsveçrənin Nyon şəhərində UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin püşkatma mərasimi təkrarlanacaq. 

Bununla bağlı UEFA-nın rəsmi “Twitter” hesabı məlumat yayıb. 

“Texniki problemlər səbəbindən UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin püşkatmasında səhv qeydə alınıb”, – deyə qurumdan bildirilib. 

Qeyd edilib ki, püşkatma bu gün Bakı vaxtı ilə 18:00-da təkrarlanacaq. 

Xatırladaq ki, bugünkü tədbirin təşkilatçıları İngiltərə klubları “Mançester Yunayted”lə “Liverpul”un yer aldığı şarları səhv salıb. Bu üzdən püşkatma ərzində xətalar bir-birini sıralayıb.

“Vilyarreal”ın mümkün rəqibləri sırasına qrupda üz-üzə gəldiyi “Mançester Yunayted”in adı olub. Əvəzində İspaniya klubunun potensial rəqibləri arasında İngiltərənin digər təmsilçisi “Liverpul” olmayıb. Həmçinin “Atletiko”nun mümkün rəqibləri arasına qrupda birgə mübarizə apardığı “Liverpul”un şarı qoyulubsa, “Mançester Yunayted”ın adı yer almayıb.

15:26

İsveçrənin Nyon şəhərində UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin püşkatma mərasimi keçirilib.

Püşkatmaya əsasən 1/8 final mərhələsində aşağıdakı cütlüklər üz-üzə gələcək:

“Benfika” – “Real”

“Vilyareal” – “Mançester Siti”

“Atletiko” – “Bayern”

“Zaltsburq” – “Liverpul”

“İnter” – “Ayaks”

“Sportinq” – “ Yuventus”

“Çelsi” – “Lill”

PSJ – “Mançester Yunayted”