UEFA erməniləri cəzalandırdı

0
427

UEFA Ermənistan Futbol Federasiyasını 10 min avro məbləğində cərimələyib.

Buna yığmanın Estoniyanın paytaxtı Tallində koronavirusla əlaqədar karantin qaydalarını pozması səbəb olub. UEFA Millətlər Liqasında Estoniya ilə görüşdən əvvəl Ermənistan millisinin futbolçuları və məşqçi heyəti erməni kilsəsinə baş çəkib. Bundan bir gün əvvəl isə komandanın rəsmilərindən birinin COVID-19 testi müsbət çıxıb. UEFA-nın “Return to Play Protocol” koronavirus qaydalarına əsasən, komanda üzvləri xüsusi hallar istisna olmaqla, oteli tərk edə bilməzlər.

Cərimə 90 gün müddətində ödənilməlidir.

Qeyd edək ki, Estoniya – Ermənistan matçında qalib müəyyənləşməyib – 1:1.