UEFA Azərbaycan Premyer Liqasında mübarizə aparan, lakin Çempionlar Liqası və Avropa Liqası turnirlərinin qrup mərhələsində iştirak etməyən klublara qurumun “Həmrəylik ödəmələri və uşaq futbolunun inkişafı” proqramı çərçivəsində əlavə maliyyə vəsaiti ayırıb.
Vəsait AFFA-nın vasitəçiliyi ilə klubların hesabına köçürülüb.
“Qarabağ” ötən mövsüm Avropa Liqasının qrup mərhələsində oynadığı üçün bu komandaya pul ayrılmayıb. Premyer Liqanın digər yeddi təmsilçisinin hər birinə isə 74 633,71 avro ödənilib. Bu o deməkdir ki, UEFA Azərbaycana ümumilikdə 522 435,97 avro (1 077 576,4317 manat) vəsait köçürüb.
Qeyd edək ki, “Keşlə” üçün nəzərdə tutulmuş vəsait aylıq cari xərcləri ödəmək üçün növbəti aylarda Futbolun İnkişaf Fondundan klubun hesabına köçürüləcək.