UEFA açıqladı: Bu oyuna azarkeş buraxılacaq

0
713

“Bavariya” və “Seviliya” arasında keçiriləcək Super Kubok oyununda tribunalara tamaşaçı buraxılacaq.

Bu barədə UEFA qərar qəbul edib.

Bildirilir ki, COVİD-19-a qarşı tətbiq edilən məhdudiyyətdən sonra ilk dəfə bir oyun tamaşaçı ilə keçiriləcək.

Məlumata görə, bu qərar sınaq məqsədi daşıyır və tribunaya oturacaqların 30 faizi doldurulacaq.

Açıqlamada qalana oyunların ikinci bir əmrə kimi tamaşaçı olmadan keçiriləcəyi bildirilib.

Qeyd edək ki, Super Kubok oyunu sentyabrın 24-də Macarıstanın paytaxtı Budapeştdə baş tutacaq.