Ucuzluğa görə xarici saytlardan edilən sifarişlər – VİDEO

0
134

Son dövrlər əhalinin məhsulları xaricdən sifariş edərək alması yerli sahibkarları çətin vəziyyətə salıb. Xeyli sayda dükanın bağlanma təhlükəsi var. 

Ölkədə elektron ticarətə marağın artması rəqəmlərdə də özünü göstərir. Mərkəzi Bankın statistikasına görə, təkcə 2023-cü ilin yanvar-oktyabr aylarında elektron ticarətin həcmi 30 milyard 322 milyon manat olub ki, bu da 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,1 dəfə çoxdur.

Həmçinin bu günlərdə məlum olub ki, məşhur elektron ticarət platformalarından birinin Azərbaycanda 1 milyon 300 min istifadəçisi var. Aydın məsələdir ki, qiymətlərin münasib olması əhalini xaricdən məhsul almağa sövq edir. 

Beləliklə, məsələnin bir tərəfində müflisləşən sahibkarlar, digər tərəfində isə məhsulları sərfəli qiymətə almaq istəyən vətəndaşlar dayanır. 

Ətraflı Baku TV-nin videosunu təqdim edirik: