Uçuşlar ilkin olaraq, Naxçıvanla bərpa ediləcək”.
Bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında qurumun Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.
O qeyd edib ki, sərhədlərin açılması iyunun 15-dən sonraya nəzərdə tutulub:
“Sərhədlərin açılması və uçuşların bərpası üçün proqram hazırlanır”.
İ.Məmmədov əlavə edib ki, bu axşam saat 20:00-da İstanbuldan Bakıya 174 azərbaycanlı gələcək.