Uçuş fobiyası olanlar qorxuya belə qalib gəlirlər: Bu təyyarəyə minirlər və…

0
15

Uçuş fobiyası olan 50 mindən çox insan qorxularını aşmaq üçün illərdir həyata keçirilən qəribə uçuş proqramına müraciət edirlər.

“British Airways”-in “Güvənlə Uçuş” adlı xüsusi proqramı həyatı dəyişdirən, bir günlük kurs kimi təqdim olunur.

Proqram çərçivəsində pilotlar və klinik psixoloqlar uçuş qorxusunun səbəblərini və onun necə idarə oluna biləcəyini ətraflı izah edirlər. Kurs hava limanına yaxın bir oteldə konfrans zalında başlayır. Burada təcrübəli pilotlar iştirakçılara təyyarənin necə təhlükəsiz uçduğunu, pilotların necə təlim keçdiyini və uçuş təhlükəsizliyini təmin edən protokolları izah edirlər.

Sonra psixoloq uçuş fobiyasının necə baş verdiyini və onunla necə mübarizə aparmaq lazım olduğunu izah edir. Ən son onlar sadəcə eyni hava limanında havaya qalxıb enən təyyarəyə minirlər. Sərnişinlər uçuşdan enişə qədər eşidilən səslərin və titrəyişlərin mənası barədə məlumatlandırılırlar.

Məlumata görə, son 30 ildə bu kursda 50 mindən çox insan iştirak edib. Proqramın müvəffəqiyyət dərəcəsi isə 98 faiz təşkil edir.