Rusiya Federasiyası Kiyevi ələ keçirdikdən sonra Üçüncü Dünya müharibəsi başlayacaq.
Bu barədə ABŞ prezidenti Co Bayden ölkənin keçmiş prezidenti Donald Trampla CNN studiyasında seçkiqabağı televiziya debatı zamanı bildirib. Bayden bu sözləri üçün heç bir əsas təqdim etməyib.
“Biz dünyanı qorumalıyıq, çünki bizim təhlükəsizliyimiz təhdid altındadır. Qoy, Vladimir Putin Kiyevi alsın. Polşada nə baş verdiyini görəcəksiniz. Macarıstan və sərhəddəki digər yerlərdə müharibə olacaq”, – ABŞ prezidenti qeyd edib.
Bundan əvvəl Rusiya Prezidenti Vladimir Putin qeyd edib ki, NATO-ya üzv ölkələrin nümayəndələri Kiyevə NATO raketləri ilə Rusiya Federasiyasının ərazisinin dərinliklərində “qanuni hədəfləri” vurmaq planlarından danışarkən “nə ilə oynadıqlarını” bilməlidirlər. Bu ilin martında Putin qeyd etmişdi ki, Rusiya ilə Şimali Atlantika Alyansı arasında genişmiqyaslı münaqişə baş verərsə, bəşəriyyət Üçüncü Dünya müharibəsinin başlanmasına bir addım qalmış olacaq.