Ucarın Təzə Şilyan kəndinin baxımsız vəziyyətdə qalan xəstəxanası – VİDEO

0
343

Dörd minə yaxın əhalisi olan Ucarın Təzə Şilyan kəndi rayon mərkəzindən 30 km məsafədə yerləşir. 

Sakinlər hələ Sovetlər dönəmindən kənddə yerləşən xəstəxananın fəaliyyətindən istifadə ediblər. Lakin binanın istismar müddəti başa çatdığından, tibb müəssisəsi fəaliyyətini dayandırıb, əvəzində isə tam qarşısında müasir tipli tibb məntəqəsi tikilib istifadəyə verilib. 

Məntəqənin fəaliyyət sahələri çox da geniş olmadığından, sakinlər sadəcə ilkin təcili tibbi yardım üçün müraciət edə bilirlər. Müalicə üçün isə heç bir şərait yoxdur. Bu da vətəndaşların haqlı narazılığına səbəb olur. 

Sakinlər deyir ki, xəstəsi olan ya Ucarın, ya da digər rayonların mərkəzi xəstəxanalarına getməli olurlar ki, bu da onlar üçün həm baha başa gəlir, həm də vaxt itkisinə səbəb olur. Məsələ ilə bağlı kənd bələdiyyəsinin sədri Tahir Kərimov bildirib ki, mövcud vəziyyətdən xəbərdardırlar və köhnə kənd xəstəxanasının yenidən istifadəyə hazır formaya gətirilməsi nəzərdə tutulub.

Ətraflı süjeti təqdim edirik: