Ucar sakinləri yolu bağlamağa cəhd etdilər: DİN-dən məsələ ilə bağlı AÇIQLAMA

0
228

Ucarda bir qrup sakin yolu bağlamağa cəhd edib.

Bu barədə məlumat sosial şəbəkədə paylaşılıb.

Yolu bağlayanların iddialarına görə, bir müddət əvvəl “Tik-Tok” sosial şəbəkəsində naməlum şəxslər tərəfindən onların fotolarının üzərinə nalayiq sözlər yazılaraq paylaşımlar edilib, ünvanlarına təhqirlər səsləndirilib. Ucar sakinlərindən 50-yə yaxın insan bu təhqirlərin qurbanı olub.

Daxili İşlər Nazirliyi (DİN) Ucar sakinlərinin yolu bağlaması cəhdinə münasibət bildirib.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupunun baş inspektoru, polis baş leytenantı Nizam Həmidov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, rayonun bir neçə sakini sosial şəbəkələrdə təhqir olunmaları ilə əlaqədar Rayon Polis Şöbəsinə müraciət ediblər:

“Daxil olmuş müraciətlərlə bağlı polis şöbəsində araşdırmalar aparılıb və toplanmış materiallar aidiyyəti üzrə rayon prokurorluğuna göndərilib”.