Uçan taksinin test uçuşunun ilkin mərhələsi uğurla başa çatdı

0
524

Almaniyanın Münhen mərkəzli uçan taksi təşəbbüsçüsü “Lilium” şirkəti inkişaf etdirdiyi şaquli eniş və qalxış edə bilən elektrikli uçan taksisinin test uçuşunun ilkin mərhələsini başa çatdırıb.

Related image

Beş nəfərlik uçan taksinin test uçuşunun ilkin mərhələsi saatda 100 km-dən artıq sürətə çataraq tamamlanıb.

Almaniya inkişaf etdirməkdə olduğu uçan taksini 2025-ci ildə böyük şəhərlərdə istifadə etməyi planlaşdırır. Uçuşların müvəffəqiyyətlə həyata keçirilməsi istehsal gücünün artırılmasına təşviq edir.

Image result for Lilium fly taxi

350 əməkdaşı olan “Lilium” şirkəti tərəfindən Münhen yaxınlığında ikinci zavodunu quraraq 2025-ci ilə qədər 500 yeni məşğulluq yeri yaradılacağı da qeyd olunub.

Sözügedən uçan taksinin qanadlarında 36 ədəd elektrikli mühərrik var. Uçan taksi tam uçuşa hazır olduğu zaman sürəti saatda 300 km.-ə çatacaq.