Uçan avtomobillərin kütləvi istehsalına başlanılır – Deputat tarixi AÇIQLADI

0
20

Gələn il Çin uçan avtomobillərin kütləvi istehsalına başlamağı planlaşdırır.

Bu barədə şirkətin idarə heyətinin sədri, Ümumçin Xalq Nümayəndələri Yığıncağının (ÜXK, parlament) 14-cü çağırış deputatı He Xiaopenq bildirib .

“Çinli elektrik avtomobil istehsalçısı “XPeng Motors” 2026-cı ilə qədər uçan avtomobilləri kütləvi istehsal etməyi planlaşdırır”, – “Sinxua” onun sözlərindən sitat gətirib.

Birinci mərhələdə Quru Təyyarə Daşıyıcısı (LAC) üçün uçan modulun yaradılması nəzərdə tutulur. İldə 10 min belə cihazın istehsalı planlaşdırılır. LAC ilk dəfə 12 və 17 noyabr tarixlərində Zhuhai şəhərində “Airshow China” sərgisində nümayiş etdiriləcək.