Üç yüz balıqçı sahildən ayrılan buzun üstündə qaldı – FOTO

0
391

Rusiyanın Saxalin adasında üç yüz balıqçı sahildən ayrılan buzun üstündə qalıblar.

Buz kütləsi Saxalin adasının cənub hissəsindən ayrılıb.

Bu zaman həmin ərazidə 300 həvəskar balıqçı olub.

Fövqəladə vəziyyətlə bağlı çıxılmaz vəziyyətdə dənizin ortasında qalan insanlara kömək göndərilib.

Bu məqsədlə hadisə baş verən əraziyə 18 insan, altı avtomobil, dörd qayıq, üç qar avtomobili və hava yastıqlı qayıq cəlb olunub.

Ehtiyac olarsa, əraziyə “Mİ-8” helikopterinin də cəlb olunacağı bildirilib.