Üç yaşlı ögey oğlunu boğaraq öldürdü

0
549

Türkiyədə dəhşətli cinayət hadisəsi qeydə alınıb.

Kayseridə ögey ata üç yaşlı oğlunu boğaraq öldürüb və onun cansız bədənini evin yanındakı qəbiristanlıqda basdırıb.

Uşağı anası Emel Ömər övladını tapa bilmədiyindən polisə şikayət edib. Axtarışlar zamanı uşağın cəsədi qəbiristanlıqda tapılıb.

E.Ömər nikahsız yaşadığı Harus S.-dən şübhələndiyini bildirib.

Hazırda polis Harun S.-in yaxalanması üçün axtarışlara başlayıb.