ABŞ, Böyük Britaniya və Avstraliyanın daxil olduğu AUKUS hərbi tərəfdaşlıq ölkələri inteqrasiya olunmuş süni intellektə malik pilotsuz uçuş aparatlarını (PUA) birgə sınaqdan keçirib.
PUA-da quraşdırılmış süni intellekt operatora yerdəki hədəfləri müəyyən etməyə, sıradan çıxarmağa və məhv etməyə imkan verir.
“Bu, AUKUS üçün ciddi mərhələdir: üç ölkə muxtariyyət və süni intellektin futuristik inteqrasiyasını ilk dəfə sınaqdan keçirdi”, – bəyanatda deyilir.
Səlahiyyətlilərin bildirdiyinə görə, sınaqlar çərçivəsində hər üç ölkədən olan PUA-lar ortaq nəticə əldə etmək üçün vahid hava məkanında birlikdə fəaliyyət göstəriblər.