Üç müğənnimizi bir qız yaman dərdə salıb: “Axı niyə?” – VİDEO

0
450

Rusiyada məşhur olan azərbaycanlı müğənnilər karantin vaxtı boş oturmayıb birgə mahnı ərsəyə gətirdilər

Azərbaycanın Xalq artisti Emin Ağalarov yerliləri HammAli (Aleksandr Əliyev) & Navai (Nəvai Bəkirov) ilə birlikdə “Axı niyə?” mahnısını təqdim edib.

Emin son vaxtlar daha çox duet yazdırmağa başlayıb. Onun bu layihələri yaxşı uğur qazanıb. Məsələn, sonunculardan biri, Cahid Hüseynli (Jony) ilə yazdığı “Kamin” mahnısı həm Rusiyada, həm də Azərbaycanda çox populyardır.

Müğənni etiraf edib ki, özünün Zhara music leyblına daxil olan HammAli&Navai rep dueti ilə oxumağına şaddır.

Reperlər HammAli (Aleksandr Əliyev) & Navai (Nəvai Bəkirov) bu gün bütün postsovet məkanında məşhurdurlar. Onlar Azərbaycanda anadan olsalar da, Rusiyada yaşayıb işləyirlər. 2017-ci ildə populyarlaşmağa başlayıblar. Onların ilk hiti “Tı moya ximiya” Rusiyanın ən çox dinlənilən mahnılarının TOP-20-liyinə daxil olub.

Ağalarov “World Music Awards”, “Azərbaycandan olan ən yaxşı ifaçı”, “Qızıl qrammofon”, “MUZ-TV mükafatı” və s. kimi beynəlxalq mükafatların laureatıdır. Dünyanın müxtəlif ölkələrində konsertlərlə çıxış edir. Müğənninin musiqi daxılında doqquz ingilis dilli albom, “Warner Music” və “Sony ATV Music Publishing” kimi dünyanın aparıcı musiqi şirkətləri ilə müqavilələr var.