Üç erməni partiyası Dağlıq Qarabağda keçirilən seçkiləri tanımadı

0
460

Dağlı Qarabağda tanınmayan rejimin prezident seçkiləri bitdi və gözlənildiyi kimi Araik Arutunyan prezident seçildi. Koronavirus pandemiyası şəraitində keçirilən seçkilər həm Qarabağda, həm də Ermənistanın siyasi dairələrində müəyyən narazılıqlarla müşahidə olunub. üç siyasi qüvvə – “Sasna Tsrer” partiyası, Ermənistanın Avropa Partiyası və “Demokratik Vətən” partiyası,  keçirilən seçkilərin nəticələrini tanımadıqlarını bildirərək birgə bəyanat yayıblar.
Bu bəyanata siyasi xadimlər Ara Papyan, Albert Bağdasaryan və Arkadi Vardanyan da qoşulub. “Qarabağda vətəndaşların həyatı və sağlamlığına, habelə ordunun döyüş qabiliyyətinə təhlükə yaradan pandemiyada iki turda seçkilər keçirildi. Biz bu seçkiləri tanımırıq, çünki onlar milli birlik və koronavirusla mübarizədə beynəlxalq səylərə ziddir”- bəyanatda deyilir.
Bəyanat müəlliflərinin fikrincə, seçkilər “sistemli kütləvi  pozuntular şəraitində” keçirilmişdir.
“Pandemiya bitdikdən sonra əsas milli vəzifə Stepanakert ( ifadə bəynat müəlliflərinindir) mafiyasının devrilməsi və Qarabağın Ermənistana birləşməsinə maneələrin aradan qaldırılması olacaq”-bəyanatda vurğulanır