“Tutanxamonun sərvəti” Fransa tarixində ən çox maraq doğuran sərgi olub

0
431

Parisdə başa çatmaqda olan “Tutanxamonun sərvəti” sərgisi ziyarətçi sayına görə yeni rekorda imza atıb. İki həftədən sonra yekunlaşacaq bu maraqlı eksponatlara Fransanın bütün tarixi boyu ən çox ziyarətçi – 1,37 milyon nəfər baxıb.

Martın 23-də Parisin La-Vilett parkındakı “Grande Halle” sərgi mərkəzində açılan sərgiyə gələnlər eramızdan əvvəl 1332-1323-cü illərə adi olan qızıl zinət əşyaları, heykəllər, Misir fironunun sərdabasından götürülmüş ayin əşyalarından ibarət 150 artefaktla tanış olublar. Bu eksponatların üçdəbiri ilk dəfədir ki, Misirin hüdudlarından kənarda nümayiş etdirilir. Ziyarətçi axınının artmasını nəzərə alan sərgi mərkəzinin rəhbərliyi iş vaxtını da uzadıb. Hazırda “Grande Halle” axşam saat 22:30-dək fəaliyyət göstərir. Bundan başqa, sərginin müddəti də sentyabrın 22-dək uzadılıb.

1967-ci ildə Fransa paytaxtında “Tutanxamon və onun dövrü” adlı sərgi də ziyarətçilərin sayına görə rekord vurmuşdu. Cəmi 45 artefaktın nümayiş etdirildiyi həmin sərgiyə 1,24 milyon nəfər baxmışdı.

Fironlar vadisindəki Tutanxamonun sərdabasında tapılmış artefaktlar dünyanın mədəniyyət incilərindən sayılır.