Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov rəsmi Yeni il şənliyində sintezator elektron musiqi alətinin arxasına keçərək bir neçə musiqi nömrəsi ifa edib.
“Hronikatm” saytı məlumat verir ki, Türkmənistan prezidenti bir saat ərzində sintezatorda sevdiyi musiqiləri səsləndirib, diceylik edib və xüsusi səs effektlərinin necə tətbiq etməyin qaydaları haqda bacarıqlarını nümayiş etdirib.
Qeyd edək ki, Qurbanqulu Berdiməhəmmədovun ifa etdiyi musiqi nömrələrinin arasında Azərbaycanın “Yaylıq” xalq mahnısını da (2:42-ci dəqiqədə – red.) səsləndirib.