“Türklər hərbçilərimizə elə toplardan atəş açmağı öyrədir ki…” – Düşmən üçün “rəqəmsal xof”…

0
754

Artıq bəlli bir müddətdir ki, Azərbaycan və Türkiyə arasında birgə hərbi təlimlərin keçirilməsi ənənə halını alıb. Hansı ki, 7-11 iyun tarixlərində birgə təlimlərin son mərhələsinin keçirilməsi planlaşdırılır ki, bu təlimlərə 5 min nəfər hərbi qulluqçunun qatılacağı bildirilir.

Azərbaycan və Türkiyə arasında keçirilən birgə təlimlər Ermənistan tərəfindən böyük qorxu və həyəcanla izlənməkdədir.

Türk və Azərbaycan hərbçilərinin həyata keçirdiyi top atışları düşməni xüsusilə qorxuya salıb. Buna səbəb təlimlərdə müasir toplardan dəqiq atəşlərin həyata keçirilməsi olub.

Təlimlərdə müasir hərbi texnologiyanın ən son nailiyyətlərindən hesab edilən rəqəmsal toplardan istifadə edildiyinə diqqət çəkən erməni mediası, bunu Ermənistan üçün böyük təhlükə kimi dəyərləndirib. Düşmən mediasında qeyd olunub ki, türklərin Azərbaycan hərbçilərinə rəqəmsal toplardan istifadənin incəlikləri haqqında məlumat verməsi, bu silahdan istifadəni real atışlar vasitəsi ilə öyrətməsi Ermənistan üçün ciddi təhlükədir. Düşmən mətbuatı hesab edir ki, Azərbaycan hərbçilərinin bu toplardan istifadəsi mümkün ərbi qarşıdurma zamanı Ermənistan ordusu üçün faciəvi nəticələrə səbəb ola bilər. Odur ki, erməni mediası indidən rəsmi İrəvanı həyəcan təbili çalmağa səsləyib.